Toyota şirkəti eksteryeri və interyeri dəyişdirilmiş Prado nümayiş etdirib. TLC Prado-da əsas yeniliklər ön hissədə qeydə alınıb, burada tamamilə işıq diodlu yeni baş optika, fərqli formada radiator barmaqlığı, daha relyefli kapot, həmçinin həndəsi dəqiqliklə işlənmiş yeni arxitekturalı bamperlər gözə dəyir. Arxada isə LED fənərlərin işıqlandırılması dəyişikliyə məruz qalıb. Təzələnmiş Prado əvvəlkindən 60 millimetr uzundur. Klirensi sələfində olduğu kimi 215 mm-dir. Daxili yerin həcmi isə dəyişməyib. Dizaynerlərin Pradonun interyerinə əl gəzdirməsi nəticəsində daxildə tamamilə yeni ön panel, 4,2 düymlük ekran, eləcə də Land Cruiserdən mənimsənilmiş mərkəzi konsol və sükan çarxı peyda olub. Ofroud artıq tanış tam ötürücülü sistemə malik olsa da, bu dəfə Eco, Normal və Sport rejimlərindən başqa Sport S və Sport S+ rejimləri ilə də işləyir. Yeni parametrlər arasında LED optika, kapotu şəffaf şəkildə göstərən dairəvi video görünüş sistemi, 8 düymlük Toyota Touch 2 multimedia sistemi, Toyota Safety Sense təhlükəsizlik assistenti kompleksi, oturacaqların havalandırılması və 3 zonalı klimat kontrol var. İstehsalçılar hətta bir neçə isidici parametrlər təklif edirlər. Rəsmi dilerlərdə yeni Toyota Prado 2017-ci ilin sonundan görünməyə başlayacaq.
Cavanşir Məmmədzadə
- Baxış: 469