• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1048
— 07.08.2017 18:31

Canavar yaşlı kişini parçaladı

KepezTV Player

Ağsunun Padar kəndinə son iki gündə iki dəfə canavar hücumu olub. Yırtıcı kənd sakinlərindən birini parçalayıb. Indi sakinlər aktivləşən yırtıcılara qarşı aidiyyatı qurumlardan kömək istəyirlər.

Ağsu rayon Padar kənd sakini 1948-ci il təvəllüdlü Həsrət Feyzulla oğlu Qurbanovun yaşadığı evin həyətinə canavar soxulub. Həsrət Qurbanov mal-qaraya hücum çəkən canavarı həyətindən qovub çıxarmaq istəyərkən ehtiyatsızlıq edib. Nəticədə yırtıcı onun özünü parçalayıb. Hadisə yerinə gələn kənd sakinləri canavarı öldürüb. 70 yaşlı kişi baş və qol nahiyələrindən ağır xəsarətlər aldığı üçün təcili olaraq Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Cərrahiyyə şöbəsinə çatdırılan yaralı əməliyyat olunub.

Kənd sakinlərinin sözlərinə görə, bu hadisədən sonra canavar kəndin örüş sahəsində yenidən mal-qaraya hücum edib.

Padar kəndinin sakinləri bildirir ki, əkin sahələrində qadınlar və uşaqlar da çalışır. İndi canavarların aktivləşməsi onların da həyatı üçün təhlükə yaradır.

 

Vüsalə Camal