• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 842
— 28.07.2017 18:47

Ana və qızını xilas edən polislər özləri də zərər çəkdilər

KepezTV Player

Sumqayıtda da az qala bir uşağın həyatı faciəvi şəkildə sona çatacaqdı, amma polislərimiz buna imkan verməyiblər. Çoxmərtəbəli binada baş verən yanğında sakinləri xilas edən polislər özləri də xəstəxanalıq olublar. Hadisə bu gün səhər saatlarında şəhərin Nəriman Nərimanov küçəsindəki 14 nömrəli yaşayış binasının 10-cu mərtəbəsində baş verib. Sumqayıt Şəhər Polis İdarəsi Post Patrul Xidməti Taborunun əməkdaşları hadisə yerində ictimai asayişi təmin etmək üçün əraziyə göndəriliblər. Polislər alovun içində huşlarını itirmiş, köməksiz vəziyyətdə qalan ev sahibi – Sünbül Əliyeva və onun azyaşlı övladı Aylini xilas ediblər. Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən ana və övladının vəziyyəti normal olsa da, qatı tüstüdən zəhərlənən serjantlar Əfsər Baxşəliyev və Bəxtiyar Əliyev təcili olaraq intensiv terapiya şöbəsinə yerləşdirilib.

 

Vüsalə Camal