• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1226
— 02.07.2017 00:51

Ağstafada yanğın olub

Ağstafa rayonun da yanğın baş verib. Rayonun Köçəsgər kəndində vətəndaşa məxsus “ZİL” markalı yük avtomobilinin arxa təkərləri və avtomobilin banına yığılan ot bağlamasında yanğın baş verib. Yanğın zamanı 15 ton ot bağlamasının 10 tonu yanıb. Hadisə yerinə çağrılan yanğın söndürüənlər avtomobilin və ot bağlamasının qalan hissəsini yanğından mühafizə edib.  

Elnur Vahidoğlu