Bu dəfə Göygöldə sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi məqsədiylə işgüzar forum keçirilib. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılan vəsait regionun imkanları nəzərə alınaraq hazırlanan layihələrin reallaşdırılmasına imkan verəcək.
Prioritet hesab olunan cins heyvandarlıq, üzümçülük, kartofçuluq və arıçılıq təsərrüfatlarının, süd və meyvə emalı və otel tikintisi üzrə nümunəvi investisiya layihələrinin təqdimatı olub. Onlar arasında daha məqbul sayılan layihələrin reallaşdırılması üçün 40 sahibkara 709 min manat güzəştli kredit verilib. Bu Göygöl və ətraf rayonlarda 50-dən çox yeni iş yerinin açılmasına imkan verəcək.
Adil Qarayev- fermer: “Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə məndə banklardan vəsait götürərək yararlanmışam. Bu gün heyvandarlığın inkişafı üçün əldə etdiyim iqtisadi gəlirdən məmmunam”.
Ümumilikdə isə indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 6300-ə yaxın sahibkara biznesini qurmaq və inkişaf elətdirmək üçün 233 milyon manatdan çox güzəştli kredit verilib.
Arif Vəliməmmədov- SKMF-nin icracı direktorunun müavini: “Göygöl rayonu respublikada üzümçülük rayonu kimi ixtisaslaşıbdır. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu sahə prioritet sahə olaraq bu günə kimi 250 sahibkara 32.5 milyon manat həcmində güzəştli kreditlərin verilməsi təmin olunubdur. Artıq bizim tərəfimizdən bu sahələr intensiv metodlarln tətbiqi ilə yaradılmasına üstünlük verilir. SKMF tərəfindən 16 belə layihə tərəfimizdən maliyyələşdirilib”.
Bu ilin ötən dövrü ərzində isə 521 sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə 40,6 milyon manat güzəştli kredit ayrılıb. Nəticədə 1500-dən çox yeni iş yerinin açılmasına imkan yaranıb.
Xaliq Qurbanlı
- Baxış: 622