Həqiqi dostu olanın güzgüyə baxmağa ehtiyacı olmaz. Çünki dost insanın ikinci məni hesab olunur. Abşeronda oğurluq edib yaxalananda günahı bir-birinin boynuna atan "dost"lar da bunu bir daha sübut etdilər. Biri məsələdən xəbərsiz olduğunu, o biri isə oğurluqdakı rolunun yalnız pulu dostundan alıb qaçmaq olduğunu dedi.
Bakı şəhər Zabrat qəsəbə sakini Talıb Rüstəmov Abşeron RPİ-nə müraciət edərək bildirib ki, 31 may saat 18 radələrində Abşeron rayon Mehdiabad qəsəbəsində onun VAZ 2107 markalı avtomobilindən oğurluq edilib. Belə ki, sərnişin qismində əyləşən naməlum şəxslər arxa oturacaqda içərisində 1500 manat pul olan pul qabını gödəkçənin cibindən oğurlayaraq qaçıblar. Abşeron RPİ əməkdaşlaranın keçirdiklər təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş, Gəncə şəhərində qeydiyyatda olan Digah qəsəbə sakini 30 yaşlı Mətləb Abbasov və Sabunçu rayon sakini 29 yaşlı Hüseyn Süleymanov saxlanılıb. Ancaq dara düşən "dost"ların əsl münasibəti elə bu zaman ortaya çıxıb. Mətləb günahsız olduğunu, əksinə zərərçəkənə kömək etdiyini deyib.
Hüseyn isə oğurluğun əsas iştirakçısı kimi dostunu günahlandırıb.
Faktla əlaqədər Abşeron RPİ-də CM-in müvafiq maddəsiylə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 850