• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1561
— 31.05.2017 10:02

Sualtı dron istehsala hazırdır

Kickstarter kraudfandinq platformasında sualtı dron üçün uğurla maddi vəsait yığılıb. Çinlilərin RoboSea startapı tərəfindən ərsəyə gələn qurğu BIKI adını alıb və xarici görünüşdən balığı xatırladır. O, suda yumşaq üzgəzi hesabına hərəkət edir. 1,1 kiloqramlıq pilotsuz aparat 4K formatında və 16 Mp-lik şəkillər çəkən stabilizatorlu kamera, bir cüt LED-lampa, 32 Qb daxili yaddaş və 2600 mAs həcmli batareya ilə təchiz olunub. Dron uzaqbaşı 60 metr dərinliyə enə bilər, maksimal sürət isə 1,8 km/saatdır. Qurğunu idarə etmək üçün Android və iOS-də dəstəklənən proqram ya da su buraxmayan pult lazımdır. Oriyentasiya üçün BIKI GPS modulundan istifadə edir. İnfraqırmızı sensorlar isə drona maneələri dəf etməyə kömək eləyir. BIKI-nin kütləvi istehsalı üçün 20 min dollar tələb olunurdusa, indiyə qədər su dronu üçün 90 min dollar pul yığılıb. BIKI-nin qiyməti 599 dollardır.

 

Cavanşir Məmmədzadə