Dünyada yeganə olan Bugatti Veyron Mansory Linea Vincero superkarı satışa çıxarılıb. Avtomobil xeyli sayda eksklüziv elementlərə sahibdir ki, bu da təbii ki, qiymətdə də özünü göstərir. Vaxtilə onun üzərində Mansory mütəxəssisləri işləyiblər, nəticədə maşın karbondan kuzov, qızılı rəngdə təkərlər qazanıb və digər o qədər böyük olmayan kosmetik dəyişikliklərə məruz qalıb. Ənənəvi salonu premium sinfinə aid dəri materiallarla bəzəyiblər, həmçinin yeni sükan, oturacaq və mərkəzi konsol quraşdırıblar. Düzəlişlərdə karbon materialı da iştirak edib. Dəhşətli dərəcədə gücə baxmayaraq, tünerlər 8,0 litrlik V16 motorun üstündə bir az işləmək qərarına gəliblər. İşin sonunda at gücü 1001-dən 1110-a çatdırılıb. Veyron Mansory Linea Vincero yerindən 96 km/saat sürəti 5 saniyədən də az müddətə yığır. Qiymətə gəldikdə, sahibi superkarın dəyərini açıqlamır. Ancaq Mansorydən sızan məlumata görə, unikal maşın 985 min dollaradır. Əslində bu qiymətə heyrətlənmək olmaz, çünki Bugatti Veyronun öz qiyməti 3 milyon dollara yaxındır.
Cavanşir Məmmədzadə
- Baxış: 327