KepezTV Player
Gəncədə bıçaqlanma faktı qeydə alınıb. Hadisə şəhərin Üzeyir Hacıbyli küçəsində qeydə alınıb. Şəhər sakini 18 yaşlı Elvin Əkbərov bıçaq yarası diaqnozu ilə Gəncə şəhər TTYX-nın cərrahiyyə şöbəsinə gətirilib. O, dərhal əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir. Yaxınlarının deməsinə görə, Elvin Əkbərov axşam işdən evə gedərkən yaşadığı ərazidə tanımadığı şəxslə mübahisə zamanı bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.
Etibar Abbasov- həkim: “Döş qəfəsinin sol tərəfinin, sol sarğının kəsilmiş, deşilmiş yarası və yaralardan qan axma diaqnozu ilə daxil olub. Xəstənin yarası birinci cərrahi işlənib, yardım göstərilib, qan axma dayandırılıb. Hazırda vəziyyəti keçirilən əməliyyata uyğundu”.
Elnur Vahidoğlu
- Baxış: 1156