İngiltərə Premyer Liqasında 35-ci turun oyunlarına yekun vurulub. Turun son matçında “Liverpul” səfərdə “Uotford”un qonağı olub. Bürünc medallar uğrunda mübarizə aparan mersisaydlılar oyundan minimal hesablı qələbə ilə ayrılıblar. Yeganə qolu isə türkiyəli Emre Can vurub. Türk əsilli alman futbolçu ilk yarının əsas vaxtına atrılmış dəqiqədə akrobatik tullanışla topu qapıdan keçirib. Bu qələbə ilə xallarının sayını 69-a çatdıran Liverpul klubu turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.
1 may
Uotford - Liverpul 0:1
Qol: Əmrə Can, 45+2.
Azad Rəfi
- Baxış: 374