İspaniya La Liqasında 35-ci tur sona çatıb. Primeroda da hesabat turunun son oyun günündə bir görüş oynanılıb. Çempionatda 3-cü yeri tutmaq üçün “Atletiko” Madridlə mübarizə aparan “Sevilya” “Malaqa” səfərinə yollanıb və gözlənilmədən rəqibinə uduzub. Oyunda hesabı açan tərəf olan qonaqlar üstünlüyü qoruya bilməyiblər. Fasiləyə kimi hesab bərabərləşib. İkinci hissənin əvvəlində tərəflər yenidən hərəyə bir dəfə fərqlənsələr də, bundan artığına “Sevilya”nın gücü çatmayıb. La Liqanın ortabablarından olan “Malaqa” tədricən tempi artırmaqla qələbə üçün lazım olan qolları vurub. Son nəticə 4:2.
1 may
Malaqa - Sevilya 4:2
Qol: Fornals, 38. Sandro Ramires, 51. Llorente, 77. Xuankar, 89 - Vasqes, 30; 57.
Azad Rəfi
- Baxış: 326