KepezTV Player
Gəncə şəhərində ölüm faktı qeydə alınıb. Şəhər sakini, 66 yaşlı Qurbanov yaşadığı evdə ölüb. Məlumata görə, Qurbanovla hələlik adları məlum olmayan şəxslər arasında dava olub və həmin şəxslər onu döyərək müxtəlif xəsarətlər yetiriblər. Evinə gələn Sədrəddin Qurbanov özünü pis hiss edib. Evə təcili tibbi yardım çağırılsa da, onun öldüyü məlum olub. Mərhumun başında və bədinin müxtəlif hissələrində xəsarət izləri aşkarlanıb. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 492