• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1165
— 29.04.2017 15:58

Beynəlxalq ictimaiyyət və elm adamları Gəncədə bir araya gəliblər

KepezTV Player

Beynəlxalq ictimaiyyət və elm adamları Gəncədə aktual mövzu ətrafında toplanıb. Beynəlxalq konfrans ona ev sahibliyi edən Texnologiya və digər universitetlər üçün yeni imkanlar açıb.

Azərbaycan Texnologiya Universitetinin ulu öndər Heydər Əliyevin doğum gününə həsr etdiyi beynəlxalq konfans "Urbanizasiyalı sənayeləşmə şəraitində mədəni irsin və biomüxtəlifliyin qorunması" mövzusunda keçirilib. 

Akif Süleymanov- ATU-nun rektoru: “Azərbaycanda biomüxtəlifliyin və mədəni irsin qorunması çox aktual bir problemdir və çox lazımlı bir prosesdir. Dinamik, sürətli inkişaf, şəhərlərimizin böyüməsi, urbanizasiya vaxtlarında bu məsələlərin həll edilməsinə böyük ehtiyac var”.

Almaniya, Cənubi Koreya, Vyetnam, Rusiya, Türkiyə, Gürcüstan kimi 10-dan çox ökənin elm adamlarının qatıldığı tədbirdə ali təhsil müəssisələrinin bu sahəyə verdiyi töhfələr müzakirə edilib, məruzə və tezislər dinlənilib.

Mehmet Engin Deniz- Türkiyənin Yıldız Teknik Universitetinin prorektoru: “Belə toplantılar beynəlxalq olsa da, xüsusən də Azərbaycan Türkiyə əlaqələrinin daha da genişləndirilməsi baxımından əhəmiyyətlidir. Bu konfrans - biomüxtəlifliyin, mədəni irsin qorunması, onun gələcək nəslə ötürülməsi üçün vacibdir”.

Konfrans beynəlxalq elmi əlaqələrin qurulmasına vəsilə olub.

Soo Hyun Rhee- Koreyanın İnformasiya Texnologiyaları Sənayesinin Təşviqi Agentliyinin nümayəndəsi: “Mənim üçün ən əhəmiyyətli məqam Texnologiya Universiteti ilə tanışlıqdır. ADA universitetində dərs deyirəm. Çox istərdim ki, oxşar startup layihələrini Texnologiya Universitetində də reallaşdırım. Orada İKT sahəsində Koreya təcrübəsini bölüşmək üçün əlimdən gələni edəcəm”.

Konfrans zamanı ATU-nun rektoru Akif Süleymanov Böyük Britaniyanın Beynəlxalq Sokrat Komitəsi tərəfindən elmi-pedaqoji fəaliyyəti və təhsilin inkişafındakı xidmətlərinə görə "Elmdə ad" fəxri mükafatına layiq görüb. Plenar iclasdan sonra elmi-praktik konfrans öz işini 8 paneldə konkret istiqamətlər üzrə davam etdirib.

 

Xəyalə Mürsəl