KepezTV Player
Vüqar Həşimovun xatirəsinə həsr olunan Şəmkir beynəlxalq şahmat turnirində mübarizə davam edir. Dünən yarışda 4-cü turun oyunları keçirilib. Hesabat turu Azərbaycan derbisi ilə əlamətdar olub. Belə ki, Şəmkirdə çıxış edən iki azərbaycanlı şahmatçı üz-üzə gəlib. Turnirin lideri Şəhriyar Məmmədyarov ağ fiqurlarla yığmadan komanda yoldaşı Teymur Rəcəbova qarşı oynayıb. Tərəflər yarımxala razılaşıblar. Turun digər görüşlərində iki sabiq dünya çempionu - Vladimir Kramnik - Pentala Harikrişna duelində Kramnik qalib gəlib. Radoslav Voytaşek - Sergey Karyakin, Maykl Adams - Pavel Elyanov və Veselin Topalov - Uesli So qarşıdurmaları isə sülhlə yekunlaşıb.
Turnir cədvəlinə yenə Şəhriyar Məmmədyarov 3 xalla başçılıq edir.
Orxan Cəfərzadə
- Baxış: 329