Amerikalı mühəndis Scotty Allen, yerli elektronika hissələrinin istehsalını incələmək üçün Çinin Şanxay şəhərində bir neçə ay vaxt keçirib. Onun videosu, elektronika hissələrinin yerli bazarına və iPhone modelləri üçün hissələrin hazırlanıb satılması ilə məşğul olan xüsusi yerlərə həsr olunub. Scotty, müxtəlif mobil cihazlar üçün hissələrin satıldığı bazarlarda araşdırma aparıb. Kimsə həmin hissələrdən işlək smartfonun hazırlanmasının mümkünlüyü barəsində maraqlananda, Scotty-nin ağlına maraqlı bir fikir gəlib və o, smartfon hissələrinin satıldığı bazardan lazımi komponentləri alaraq 16 GB daxili yaddaşa sahib iPhone 6s modelini yığıb. Maraqlısı budur ki, onun özünün hazırladığı model 300$-a başa gəlib. Yəni əsl iPhone modeldən 2 dəfə daha ucuz.
Cavanşir Məmmədzadə
- Baxış: 300