• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1212
— 11.04.2017 23:57

Daşkəsən sakini mağazanı qarət edib

KepezTV Player

Daşkəsən polisi mağaza oğrusunu saxlayıb. Əldə etdiyi qənimətlə cəmi bir gün kef çəkən gənc əməlindən peşman olsa da, bu onu məsuliyyətdən çətin ki, qurtarsın.

Daşkəsən sakini 29 yaşlı Natiq Qurbanov həmyerlisi Vəli Rzayevin əmlakına qənim kəsilib. Edilən oğurluqdan hadisənin səhəri xəbər tutan   mağaza sahibi dərhal polisi də xəbərdar edib.

İlqar Haqverdiyev- Daşkəsən Rayon Polis Şöbəsinin rəis müavini: “Daşkəsən Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat- axtarış tədbirləri nəticəsində həmin oğurluq hadisəsini törədən Daşkəsən rayon sakini 1987- ci il təvəllüdlü Qurbanov Natiq Əbülfət oğlu maddi sübutlarla birlikdə saxlanılıb”.

Saxlanılan gənc əməlini etiraf edərək mağazaya dəmir barmaqlıqları əyərək daxil olub. Tutulacağını ağlına belə gətirməyən Natiq Qurbanov oğurluğu kişiyə yaraşan hərəkət hesab etmir.  

Natiq Qurbanov- saxlanılan şəxs: “Mağazadan pul, kontur və siqaret götürdüm. Konturları dosta-tanışa satdım. Pulu isə xərclədim. Oğurluq çox pis şeydir. Kişiyə yaraşan hərəkət deyil. Çox peşmanam. Mən bir də bu işlə məşğul olmaram”.

Sonrakı peşmançılıq fayda vermədiyini anlayan Natiq Qurbanovun barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq aparılır.

 

Natiq Hüseyn