• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 812
— 10.04.2017 15:05

Qonşu ölkədən 3 bürünclə

Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə Qran Pri turniri sona çatıb. Bağlanış günü millimizin tatami üzərinə çıxan 3 təmsilçisindən yalnız biri fəxri kürsüdə yer ala bilib. O, dünya çempionu Elxan Məmmədov olub. 100 kq-da yarışan cüdoçu turniri üçüncü sırada başa vurub. Qeyd edək ki, ilk 2 yarış günündə təmsilçilərimiz 73 kq-da Hidayət Heydərov və 52 kq çəkidə Nəzakət Əzizova da bürünc medala yiyələnib.

Orxan Cəfərzadə