Futzal üzrə Avropa çempionatının Bakıda keçirilən əsas seçmə mərhələsinin "B" qrupunda 2-ci turun qarşılaşmaları reallaşıb. Azərbaycan millisi bu dəfə Albaniya seçməsi ilə münasibətlərinə aydınlıq gətirib. Görüş yığmamızın 5:0 hesablı darmadağın nəticəsi ilə başa çatıb. Bununla da ardıcıl ikinci qələbəsini qazanan Biro Jadenin baş məşqçisi olduğu komandamız qrupda 6 xalla vahid liderə çevrilib. Millimiz sonuncu oyununu sabah Macarıstana qarşı keçirəcək.
Avropa Çempionatının seçmə mərhələsi
II tur
9 aprel
Azərbaycan - Albaniya - 5:0
Qollar: Everton Kardozo, 02:02, Eduardo, 25:24, Vasura, 27:01, Namiq Məmmədkərimov, 34:21, Xətai Bağırov, 35:41
Hakimlər: Kostas Nikolau (Kipr), Timo Onatsu (Finlandiya), Borislav Kolev (Bolqarıstan), Ramil Namazov (Azərbaycan)
Yer |
Komanda |
O |
Q |
H |
M |
T/F |
X |
1 |
Azərbaycan |
2 |
2 |
0 |
0 |
10:4 |
6 |
2 |
Macarıstan |
2 |
1 |
1 |
0 |
6:5 |
4 |
3 |
Bosniya və Hrs. |
2 |
0 |
1 |
1 |
6:7 |
1 |
4 |
Albaniya |
2 |
0 |
0 |
2 |
3:9 |
0 |
Orxan Cəfərzadə
- Baxış: 393