Yarışa 13 cüdoçu ilə qatılan komandamız ilk gündə 7 idmançı ilə mübarizə aparıb.Kişilərin yarışında bir çəki dərəcəsində 2, qadınlarda isə 3 çəki dərəcəsində 5 həmyerlimiz tatami üzərinə çıxıb. Cüdoçularımızdan yalnız biri fəxri kürsüdə mükafatçılar arasında yer almağı bacarıb. Bu, 52 kq çəkidə
ölkəmizin idman şərəfini qoruyan Nəzakət Əzizova olub. Əzizova 3 yerli rəqibinə qalib gələrək yarışın bürünc medalını qazanıb. 3 gün davam edəcək yarışda ümumilikdə 36 ölkədən 274 cüdoçu yarışacaq.
Azad Rəfi
- Baxış: 338