Futzal üzrə Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib. Komandamız yenə Moldova ilə yoldaşlıq görüşündə qüvvəsini sınayıb. AVRO-2018-in seçmə mərhələsinə hazırlaşan yığmamız dünən qarşılaşdığı rəqibi yenidən sınağa çəkib. İlk qarşılaşmada qonaqları 6:1 hesabı ilə məğlub edən millimiz ikinci oyunda da qalib gəlib. Bakı İdman Sarayında keçirilən görüş 3:2 hesabı ilə millimizin xeyrinə başa çatıb. Faiq Əliyevin dubl etdiyi oyunda yığmamızın digər qolunu Kardosa Everton vurub.
Orxan Cəfərzadə
- Baxış: 350