• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1043
— 30.03.2017 11:29

Şəmkirdə qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülər cərimələnib

KepezTV Player

Keçirilən reyd zamanı qanunun tələblərinə əməl etməyən sükan sahibləri inzibati qaydada məsuliyyətə cəlb edilib.

Şəmkirdə nəqliyyatçılar və yol polisi birgə reyd keçirib. Hədəf kiçik və orta tutumlu nəqliyyat vasitələri ilə tələblərdən kənar sərnişin daşıyan sürücülərdir. Onların sükan arxasına sürücülük vəsiqəsi olmadan əyləşməsi, normadan artıq sərnişin daşıma, yol verilən konstruksiya dəyişiklikləri yoxlamaları labüd edən əsas məqamlar olub.

Aşkarlanan qanun pozuntuları, belə sürücülərin sərnişindaşımada mövcudluğu reydlərin mütəmadi keçirələciyindən xəbər verir.

Əli İsmayılov- 10 saylı Şəmkir Regional Nəqliyyat MMC-nin rəisi: “Bizim ərazidə həm qanunsuz, həm də hüquqsuz olaraq sərnişin daşıma ilə məşğul olan sürücülər var. Bizim onlara tövsiyəmiz ondan ibarətdir ki, qanunsuz olaraq işləyənlər fərqlənmə nişanı alsınlar, hüquqsuzlar isə özlərinə kateqoriya açdırsınlar. Məhz bundan sonra onlar fəaliyyətlərini davam etdirə bilər. Bu kimi reydlərimiz davamlı xarakter daşıyacaq”.

Keçirilən reyd zamanı 10-dan çox sürücüyə inzibati protokol yazılıb. Bir neçə sükan sahibinin nəqliyyat vasitəsi isə cərimə meydançasına aparılıb.

 

Natiq Hüseyn