KepezTV Player
Biləsuvar polisi avtomobil oğurluğunda şübhəli bilinən şəxsləri saxlayıb. Məlumata görə, Cəlilabad rayon sakinləri - Tahir Abdinov Natiq Muradovla qabaqcadan əlbir olaraq müxtəlif vaxtlarda Biləsuvar, Cəlilabad və Masallı rayonlarında 5 avtomobil oğurlayıb. Oğurlanmış maşınlar bir müddət avtomobil ustası olan Tahir Abdinovun təmir sexində saxlanılıb. Şəriklər diqqəti yayındırmaq və ələ keçməmək üçün oğurladıqları avtomobillərin nömrələrindəki hərfləri xüsusi lentlərlə dəyişdiriblər. Maşınlardan ikisi müxtəlif vaxtlarda ehtiyat hissələrinə bölünərək, biri isə işlək halda satılıb. Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 837