Martın 16-17-də İran İslam Respublikasının Abadan şəhərində yunan-Roma güləşi üzrə Dünya Kuboku keçiriləcək. Dünən Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçin iştirakı ilə yarışın püşkatma mərasimi baş tutub. Püşkə əsasən yığma komandamız Türkiyə, Belarus və Ukrayna idmançıları ilə B yarımqrupunda mübarizə aparacaq. Rusiya, Qazaxıstan, İran və Almaniya komandaları isə A yarımqrupunda yarışacaq. Proqrama martın 16-da yarımqrup görüşləri, ayın 17-i isə final görüşləri reallaşacaq.
Xatırladaq ki, 2015-ci ildə keçirilən analoji yarışda klassiklərimiz Dünya Kubokunun sahibi olub.
Orxan Cəfərzadə
- Baxış: 281