• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1101
— 25.02.2017 14:38

"Şəmkir"in yeni baş məşqçisinin adı rəsmən açıqlanıb

KepezTV Player

Futbol üzrə Azərbaycan 1-ci divizionunda çıxış edən "Şəmkir"in yeni baş məşqçisinin adı rəsmən açıqlanıb. İstefaya göndərilən Qəhrəman Əliyevdən sonra komandanı Badri Kvaratsxeliya çalışdıracaq. "Şəmkir"in sabiq futbolçusu olmuş 52 yaşlı məşqçi ilə 2 illik müqavilə imzalanıb. Azərbaycan millisinin də şərəfini qorumuş Kvaratsxeliya 1998-2005-ci illərdə "Şəmkir"də oynayıb və 110 oyuna 51 qol vurub. O, ölkəmizdə "Qəbələ" və Standart" klublarında köməkçi məşqçi, "Turan"da isə baş məşqçi kimi çalışıb. Yeri gəlmişkən, gürcü çalışdırıcıya yetirmələrini iş başında görmək nəsib olub. Belə ki, Badri "Şəmkir"in son turda "Zaqatala"ya qarşı ev oyununda qarşılaşmanı tribunadan izləyib.

Orxan Cəfərzadə