• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 748
— 24.02.2017 16:41

Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb

İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə 1/16 final mərhələsini adlayan komandalar 8 cüt təşkil edib.

Püşk qardaş Türkiyənin avrokuboklardakı son ümidi olan “Beşiktaş”ı Yunanıstan “Olimpiakos”u ilə üz-üzə qoyub. Trofeyi qazanmağa ən real namizədlərdən olan “Mançester Yunayted” isə “Rostov” ilə qarşılaşacaq.

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 9-da, cavab qarşılaşmaları 16-da baş tutacaq.

Avropa Liqası

1/8 final

 

“Selta” (İspaniya) - “Krasnodar” (Rusiya)

APOEL (Kipr) - “Anderlext” (Belçika)

“Şalke” (Almaniya) - “Borussiya” (M, Almaniya)

“Lion” (Fransa) - “Roma” (İtaliya)

“Rostov” (Rusiya) - “Mançester Yunayted” (İngiltərə)

“Olimpiakos” (Yunanıstan) - “Beşiktaş” (Türkiyə)

“Gent” (Belçika) - “Genk” (Belçika)

“Kopenhagen” (Danimarka) - “Ayaks” (Hollandiya)

 

Azad Rəfi