Açıq qalan qaz borusu zəhərlənməyə səbəb olub. Samux rayon Ziyadlı kənd sakini 23 yaşlı İmaməli Quluyev təcili yardım avtomobili ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Reanimasiya şöbəsinə yerləşdirilən pasiyentə vaxtında göstərilən yardım nəticəsində onun vəziyyətinin yaxşı olduğu bildirilir. Yaxınlarının deməsinə görə, İmaməli Quluyev yaşadığı evdə yatarkən qaz otağa daxil olub və o, zəhərlənib.
Elnur Vahidoğlu
- Baxış: 424