KepezTV Player
Birinci divizionun 16-cı turu çərçivəsində "Rəvan"a məğlubiyyətdən sonra klub rəhbərliyi mütəxəssisi istefaya göndərib. Çempionluğa oynayan komandanın autseyderə uduzması Əliyevə bağışlanmayıb. 2000-ci illərin əvvəlində də “qırmızı-ağları” çalışdırmış məşqçi həmin vaxt komanda dağıldığından postunu tərk etmişdisə, indi uğursuz nəticələrə görə vəzifəsi ilə vidalaşmalı olub. Komandanı müvəqqəti olaraq sabiq köməkçisi Mehman Yunusov çalışdıracaq. “Şəmkir”in yeni çalışdırıcı ilə anlaşacağı və ya mövsümün sonuna kimi Yunusovla yoluna davam edəcəyinə yaxın günlərdə aydınlıq gələcək.
Azad Rəfi
- Baxış: 409