• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1287
— 16.02.2017 16:25

9-cu sinif şagirdlərinin buraxılış imtahanında Gəncə “ASAN xidmət” Mərkəzinin 12 könüllüsü zal nəzarətçisi olacaq

KepezTV Player

Martın 18-də qərb bölgəsinin orta məktəbində 9-cu sinif şagirdləri üçün keçiriləcək buraxılış imtahanında ilk dəfə olaraq Gəncə ASAN Xidmət Mərkəzinin 12 könüllüsü zal nəzarətçisi qismində prosesə cəlb ediləcək. Region üzrə 2 məcburi köçkün rayonu da daxil olmaqla 13 rayonun Azərbaycan və rus bölmələrindən ümumilikdə 14 min 735 nəfərin bilikləri sınaqdan keçiriləcək. 

Gəncədən 3 min 80 9-cu imtahan verəcək. Onlardan 2 min 589 Azərbaycan, 474 nəfəri rus bölməsinin şagirdidir. Onları bu prosesdə gözləyən yeniliklərdən biri imtahanın iki mərhələli olmasıdır.

Nəsimi Məmmədov- Dövlət İmtahan Mərkəzinin Gəncə regional bölməsinin müdiri: “Birinci mərhələ yazılı imtahan şəklində həyata keçirilir. Artıq şagirdlər açıq tipli cavab verirlər. Yəni Ana dilindən 10, riyaziyyatdan 10 olmaqla açıq tipli, Ana dilindən 10 qapalı test tapşırığına cavab verəcəklər. Birinci mərhələnin imtahanında iştirak etmiş şagirdlərin ümumi cavab nəticələri ikinci mərhələyə qədər şagirdlərə veriləcək. İkinci imtahanın nəticələri isə ümumi imtahandan 5 gün sonra məlumat veriləcək”.

Buraxılış imtahanın nəticələrinin hesablanmasında da dəyişiklik var. Cavablar ötən illərdən fərqli olaraq bal sistemi ilə hesablanacaq.

Nəsimi Məmmədov- Dövlət İmtahan Mərkəzinin Gəncə Regional bölməsinin müdiri: “Ümumtəhsil müəsisələrinin buraxılış siniflərində buraxılış sinfinin şagirdləri üçün keçiriləcək buraxılış imtahanlarının nəticəsi 200 ballıq şkala ilə hesablanacaq. Burada da onların hər bir fənn üzrə açıq tipli, qapalı tipli sualların cavablandırılması xüsusi düstur vasitəsi ilə hesablanacaq”.

İmtahan prosesində digər yenilik ASAN könüllülərinin nəzarətçi qismində iştirakıdır. 

Nəsimi Məmmədov- Dövlət İmtahan Mərkəzinin Gəncə regional bölməsinin müdiri: “Gəncə “ASAN xidmət” mərkəzindən artıq 12 nəfər könüllünün məlumatı daxil edilib. Yaxın günlərdə onlara seminar keçirilib və imtahanlarda onlar iştirak edəcəklər”.

Qərb bölgəsi üzrə bir növbəli olacaq buraxılış imtahanı təxminən 35 binada keçiriləcək.

 

Elnur Vahidoğlu