• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1001
— 07.02.2017 20:10

Gəncə Lokomotiv Deposundan oğurluq edən çilingər saxlanılıb

KepezTV Player

Gəncə Lokomitiv Deposunda oğurluq hadisəsi baş verib. Depodan oğurluq edən isə həmin müəssisənin çilingəridir. Tamahının qurbanı olan 24 yaşlı gənc xeyli miqdarda misi oğurluq edərkən saxlanılıb. 

Dəmir Yol Nəqliyyatında Gəncə stansiyası Xətt Polis Şöbəsinə Gəncə Lokomotiv Deposunun çilingərinin çalışdığı müəssisədən oğurluq etməsi barədə məlumat daxil olub. Dərhal əməliyyat tədbirlərinə başlayan asayiş keşikçiləri məlumatın doğru olduğunu üzə çıxarıb. Əməliyyatçılar 24 yaşlı Səməd Həsənzadəni iş başında yaxalayıblar.

Ramil Həmidov baş təhqiqatçı: Gəncə şəhərində anadan olan 1993 cü il təvəllüdlü Həsənnzadə Səməd Zahid oğlu oğurlamış olduğu maddi sübut olan 13 ədəd hər birinin uzunlu 2 metr ümumi çəkisi 96 kloqlar "jokslarla" birlikdə saxlanılıb.

Artıq oğurlanan metal borular maddi sübut kimi istintaqa təqdim olunub.  Səməd Həsənzadə ifadəsi zamanı həmin mis məmulatlarını Gəncə Lokomotiv Deposundan oğurladığını etiraf edib. Məqsədi isə gəlir əldə etmək olub. Ancaq əməliyyatçıların sayıqlığı onun bu arzusunu ürəyində qoyuib.

Səməd Həsənzadə saxlanılan şəxs: 2012 ci ildən depoda işləyirəm. Gördüm xeyli mis var. Dedim oğurllayıb satım. Oğurlayıb aparrarkən polis əməkdaşları tərəfindən saxlanıldım. Əməlimdən çox peşmanam.

Səməd Həsənzadə bunun ilk və son əməli olduğuna da əmin edir. Gəncin nə qədər səmimi olub olmadığını isə araşdırmalar üzə çıxaracaq. Hüquq mühafizə orqanları bu istiqamətdə iş aparır və Gəncə Lokomotiv Deposuna dəyən maddi ziyanın miqdarı müəyyənləşdirilir.

Natiq Hüseyn