KepezTV Player
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bakı şəhər Sabunçu rayon sakinləri Samir Əliyev və əvvəllər məhkum olunmuş Həsənpaşa Həsənovda silah-sursat və narkotik vasitələr olması barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində hər iki şəxs saxlanılaraq Baş İdarəyə gətirilib. Samir Əliyevin üzərinə baxış zamanı içərisində 6 ədəd patronu olan “Revolver” markalı tapança və 5 qram narkotik vasitə olan heroin, Həsənpaşa Həsənovdan isə bir ədəd bıçaq və 4 qram heroin aşkar olunaraq götürülüb.
Gəncə şəhər sakini Təbib Mamedov isə kustar üsulla hazırlanmış "Naqan" markalı tapançanı könüllü olaraq Kəlbəcər RPŞ-yə təhvil verib.
- Baxış: 859