Daha əvvəl də ən sürətli 4 qapılı elektrosedan adını almış Tesla Model S bu dəfə də heyrətləndirib. Yeni Ludicrous+ güc sisteminin peyda olması onun gücünə güc qatıb. Qısası Tesla Model S öz rekordunu təzələyib və sedanlar arasında dreq üzrə birinciliyini davam etdirir. Əgər daha öncə sedan 402 metr məsafəni 10,76 saniyə qət etmişdisə, indi bu göstərici 0,04 saniyə tez – 10,72 saniyə olub. Finişdə maşının sürəti 200 km/saat-ı ötüb. Ludicrous+ rejimi proqram məhdudiyyətlərini aradan qaldırır və Model S-ə 780 at gücü yığmağa imkan verir. Bu, adi Ludicrous rejimindən 35 at gücü çoxdur. Elektrikli sedana assistentlik rolunda isə 640 at güclü Cadillac CTS-V çıxış edib, maşın elə startdaca ümidləri doğrultmayıb.
Cavanşir Məmmədzadə
- Baxış: 427