• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1262
— 01.02.2017 10:03

"Microsoft"un bazar dəyəri yarım trilyon dollar ötdü

“Microsoft”un maliyyə göstəriciləri analitiklərin gözləntilərini aşıb. Nəticədə səhmlərin dəyəri 2,1% bahalaşıb və 65,64 dollar olub, şirkətin bazar dəyəri isə 510,37 milyard dollara yüksəlib.  Sonuncu dəfə “Microsoft”un aktivləri 2000-ci ilin martında yarım trilyonu keçmiş və 550 milyard dollar həcmində qiymətləndirilmişdi. Lakin bu uğura baxmayaraq, “Microsoft” hələ də “Appledan” və “Alphabet”dən geri qalır. “Apple”ın dəyəri 642 milyard dollar, "Alphabet"in dəyəri isə 570 milyard dollardır. "Microsoft"un maliyyə göstəricilərinin yüksəlməsində korporasiyanın baş direktoru Satya Nadellanın xüsusi rolu olduğu bildirilir. Belə ki, Nadella 2014-cü ilin fevralında bu vəzifəyə təyin olunanda şirkətin bir səhminin qiyməti 34 dollar, şirkətin bazar dəyəri isə 315 milyard dollar idi. 

Cavanşir Məmmədzadə