• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 686
— 01.02.2017 10:05

“Nokia”dan daha bir smartfon: P1

“Nokia”nın “HMD Global” dəstəyi ilə 2017-ci ildə geri dönüş addımı çox sürətlə davam edir. “Nokia 6” ilə rəsmi bir giriş edən şirkət, əsl şousunu Mobil Dünya Konqresinə saxlayır. “Nokia P1” model adı ilə gələcək olan yeni cihazı texniki parametrləri baxımından kifayət qədər güclü, eyni zamanda dizayn baxımından da gözləri oxşayacaq. Gözləntilərə görə 5.3 düymlük 2K keyfiyyətində IGZO panelə sahib olacaq Nokia P1, “Qualcomm Snapdragon 835” və “Adreno 540”-dan gücünü alacaq. Əlavə olaraq “Android 7.0 Nougat” ilə gələcək olan cihaz, 3500 mAs böyüklüyündə bir batareyaya da sahib olacaq.

Cavanşir Məmmədzadə