Gəncədə növbəti yaşıllıq aksiyası keçirilib. İDEA-nın təşəbbüsünə qoşulan şəhər sakinləri aeroport istiqamətində yolun sağ və sol hissələrində 150-dən artıq Eldar şamı əkiblər. Aksiya çərçivəsində ərazidəki qurumuş tinglər çıxarılaraq yenisi ilə əvəzlənib. Yaşıllığın qorunması üçün aqrotexniki işlər aparılıb. Ağacların suvarılmasını təmin etmək üçün mənbəyi subarteziyan quyuları olmaqla ərazidə 5 min metr məsafədə boru çəkilərək damcı üsulundan istifadə təmin olunub.
Xəqani Səfərov- aksiya iştirakçısı: “Böyük bir ərazidir, aeroport istiqamətində yolun sağ hissəsinin 3 km-də ağacəkmə aksiyası keçirilir. Havanın necə olmasından asılı olmayaraq, tərəfimizdən şənbə və bazar günləri yaşıllıq aksiyası keçirilir. Əkilən ağaclara da mütəmadi qulluq göstərilir ki, gələcəkdə görülən işlər hədər getməsin”.
Xaliq Qurbanlı
- Baxış: 633