Gəncədə bıçaqlanma faktı qeydə alınıb. Kəlbəcər rayon sakini, 25 yaşlı Azər Abbasov bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ sarğı, alın və ənsə nahiyyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Zərərçəkənə tibbi yardım göstərilib, vəziyyəti normaldır. İlkin məlumata görə, Azər Abbasov dava-dalaş zamanı bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.
Elnur Vahidoğlu
- Baxış: 1338