KepezTV Player
Samuxun Lək kəndində rayon ictimaiyyətinin iştirakı ilə faciənin 27-ci ildönümünə həsr edilən tədbir şəhidlərin xatirəsini yad etməklə başlayıb. 1990-cı ilin yanvarında baş verənləri özündə əks etdirən videoçarx nümayiş etdirilib. Ayın 19-dan 20-nə keçən gecənin təfərrüatlarından danışılıb, Azərbaycan xalqının suverenliyə gedən yolda axıtdığı qanın yerdə qalmadığına diqqət çəkilib. Məktəblilərin hazırladığı kompozisiyada da mübarizlik, əliyalın əhalinin qorxmazlığı, baş verənlərə rəğmən nümayiş etdirilən birlik öz əksini tapıb. "Unutmadıq, unutmayacağıq" adlı ədəbi-bədii proqram tədbir iştirakçılarını 27 illik tarixi olan qanlı gecəyə aparıb.
Xəyalə Mürsəl
- Baxış: 1944