• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2366
— 19.01.2017 12:44

“Real” kubokda da uduzdu

Futbol üzrə İspaniya kubokunun 1/4 final mərhələsinə start verilib. 3 cəbhədə mübarizəni davam etdirən “Real” evdə “Selta” ilə qarşılaşıb. İkinci hissədə Yaqo Aspasın qoluyla hesabda irəli keçən viqolular bir qədər sonra “kral klubu”nun müdafiəçisi Marselonun qoluna mane ola bilməyiblər. Oyunda son nöqtəni isə Conni Kastro qoyub. Məhz onun qoluyla paytaxtdan qələbəylə ayrılan “Selta” qarşıda çətin ev oyunu gözləyir.

Real - Selta 1:2

Qol: Marselo, 69 - Yaqo Aspas, 64. Conni Kastro, 70.

Azad Rəfi