Təhsil Nazirliyi ilə Təhsil İşçiləri Peşəkar İnkişafı İnstitutunun Gəncədə təşkil etdiyi yoxlamada şəhərlə yanaşı Göygöl, Samux və Naftalandan 220 pedaqoq iştirak edib. İmtahan 8 otaqda təşkil edilib və 25 sual təqdim olunub. Suallara 50 dəqiqə vaxt verilib. Sentyabrda Təhsil İşçiləri Peşəkar İnkişafı İnstitutu tərəfindən məktəbə hazırlıq qrup müəllimlərinə 5 yaşlı uşaqlara keçiriləcək dərslərlə bağlı təlimlər keçilib. İmtahan isə həmin təlimlərdə iştirak edən müəllimlərin verilən bilgiləri necə mənimsəməsi məqsədi daşıyıb. Nəticələr isə 10 gün ərzində məlum olacaq.
Anar Qədiməliyev -Təhsil İşçiləri Peşəkar İnkişafı İnstitutunun şöbə rəhbəri: “İmtahanın nəticələrinə uyğun olaraq ballar toplanacaq, həmin ballar sertifikatda öz əksini göstərəcək. Bu isə o deməkdir ki, hər kəs sertifikatını alacaq eyni zamanda sertifikatda həmin şəxsin topladığı bal öz əksini göstərəcək. Bu da müvafiq olaraq həmin müəllimlərin gələcəkdə təlimçi kimi işləməklərinə kömək edəcək”.
Elnur Vahidoğlu
- Baxış: 797