"Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyası çərçivəsində Abşeron, Zəngilan, Cəlilabad, Neftçala, Salyan, o cümlədən Bakının Xətai, Səbail və Suraxanı rayonlarının məktəblilərinin Göygöl rayonu ilə tanışlığı olub. Heydər Əliyev parkında qarşılanmadan sonra ümummilli liderin adını daşıyan mərkəz, ulu öndərin həyatı və ictimai-siyasi fəaliyyəti haqqında bölmələr məktəblilərin diqqətini çəkib. Şagirdlərə Göygöl rayonunun yaranma tarixi, onun sosial-iqtisadi, mədəni inkişafı, tarixi abidələri haqqında ətraflı məlumat verilib. Sonra məktəblilər İDEA İB-nin təşəbbüsünə qoşularaq Heydər Əliyev parkında həmişəyaşıl şam və küknar ağacları əkiblər. Aksiya iştirakçıları Gənclər mərkəzində, Dövlət Bayrağı Meydanında, Dövlət Rəmzləri muzeyində, Lüteran kilsəsində olublar. Almanlar tərəfindən salınan 6 küçədə tikilən binalar maraqla qarşılanıb.
Fərid Xəlili- aksiya iştirakçısı: “Biz bu gün Göygölə gəldik. Ağacəkmə aksiyasında iştirak etdik. İlk dəfədir Göygöldə oluram. Çox gözəldir.
Mələk Salmanova- aksiya iştirakçısı: “Biz Abşeron rayonundan bura gəlmişik. Heydər Əliyek mərkəzi ilə tanış olduq. Daha sonra isə ağac əkdik. Bu da bizdən yaşıllıq aksiyasına töhfədir”.
Natiq Hüseyn
- Baxış: 607