Gəncədə iki regional televiziyanın əməkdaşları arasında mini futbol üzrə yoldaşlıq görüşü keçirilib. 18 oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə baş tutan qarşılaşmada "ARB KƏPƏZ"lə "ARB ARAN" komandaları üz-üzə gəlib. Dostluq ab-havasında keçən oyun bu cür görüşlər üçün xarakterik olan hesabla başa çatıb. Hərəyə 4 dəfə fərqlənən tərəflər meydandan sülhlə ayrılıblar. Bu kimi oyunların qarşıdakı əlamətdar günlərdə də təşkil olunması nəzərdə tutulub.
Bəhruz Musayev -"ARB ARAN"ın əməkdaşı: "Təklif bizdən gəldi. Sağ olsun "ARB KƏPƏZ"in rəhbərliyi bunu müsbət qiymətləndirdilər. Dostluq xarakterli yoldaşlıq görüşü idi. Çoxdandır ki, regiona televiziyaları bir araya gəlmirdik. Maraqlı oyun oldu. İnanıram ki, bu iki kanalın qarşıdurmasında həm dostluq qazandı, həm də bir-birimizin mübarizlik keyfiyyətlərini gördük".
Tale Hüseynov -"ARB KƏPƏZ"in əməkdaşı: "Region kanalları arasında belə oyunlar çox keçirilir. 18 oktyabr Müstəqillik gününü qeyd etmək üçün "ARB ARAN"ın əməkdaşları təklif etdilər ki, yoldaşlıq görüşü keçirək. Biz də təklifi qəbul etdik və üz-üzə gəldik".
Orxan Cəfərzadə
- Baxış: 341