Futbol üzrə Azərbaycan birinci divizionunda 5-ci turun oyunları keçirilir. 4 matçın reallaşdığı turun ilk oyun günündə qərb komandalarından “Göyəzən” doğma meydanda “Ağsu” ilə qarşılaşıb. Çempionatın autsayderi olan ev sahibləri azsaylı azarkeşlərini yenə üzüblər. Qazax klubu ənənəsinə sadiq qalaraq böyük hesabla uduzub. Rəqib komanda “Göyəzən”in qapısından 6 cavabsız top keçirib. İlk yarıda Əli Bağırov və Orxan Məmmədov meydan sahiblərinin qapısına yol tapıb. Fasilədən sonra daha da gücdən düşən qazaxlılar 4 qol buraxıblar. Vüsal İbrahimov, Malik Babayev, Elnur Səmədov və Fərrux Rəhimov fərqlənib. Növbəti məğlubiyyətlə “Göyəzən” turnir cədvəlinin zirzəmisində mövqeyini möhkəmləndirib.
I divizion
V tur
4 oktyabr
“Göyəzən” - “Ağsu” – 0:6
Əli Bağırov, 24; Orxan Məmmədov, 33; Vüsal İbrahimov, 63; Malik Babayev, 67; Elnur Səmədov, 71; Fərrux Rəhimov, 90
Azad Rəfi
- Baxış: 279