Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. Təmsilçimiz "Kəpəz" növbəti matçını keçirəcək.
Gəncə klubu doğma meydanda Avstriyanın "Admira" kollektivini sınağa çəkəcək. Səfərdə rəqibinə 0:1 hesabı ilə uduzan Şahin Diniyevin komandası həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
Qeyd edək ki, bu cütün qalibi III təsnifat mərhələsində Çexiyanın "Slovan" klubu ilə qarşılaşacaq.
Avropa Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
20 iyul
20:00. “Kəpəz” (Azərbaycan) – “Admira” (Avstriya)
Baş hakim: Vitali Meşkov
Baş hakimin köməkçiləri: Valeri Dançenko, Maksim Qavrilin
Dördüncü hakim: Mixail Vilkov (hamısı Rusiya)
Bakı. “Dalğa Arena”
Orxan Cəfərzadə
- Baxış: 531