Bakı və Tovuzda yol qəzaları baş verib. Hadisələrdən biri xəsarətlə ötüşsə də, digərində bir nəfər dünyasını dəyişib.
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Qaradağ rayonunun Ələt qəsəbəsində Sumqayıt şəhər sakini Pərvanə Səlimovanın idarə etdiyi “Hyundai” və Lənkəran rayon sakini Mahir Qasımovun idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub. Nəticədə Mahir Qasımovun sərnişini İlhamə Qasımova xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, qadın dünyasını dəyişib.
Tovuzda da iki avtomobil toqquşub. Hadisə rayonun mərkəzi bazarının yaxınlığında qeydə alınıb. “VAZ 2107” və “VAZ 2106” markalı maşınların toqquşması nəticəsində “VAZ 2107”-nin sürücüsü 43 yaşlı Mehdi Məmmədov xəsarətlə Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralıya ilkin yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.
Faktlarla bağlı araşdırma aparılır.
Rahim İbrahimoğlu
- Baxış: 627