• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1740
— 21.01.2016 18:48

Laçın sakini Kürdə boğuldu

Laçın rayonunun Fingə kənd sakini 42 yaşlı Qiyas Kərimov suda boğulub. Hadisə Kürün Ağcabədi rayonun Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qiyas Kərimov qayıqla Zərdab ərazisinə keçib geri qayıtmaq istəyərkən qayıq çevrilib və o, suda boğulub. Onun axtarışı istiqamətində Fövqəladə Hallar Nazirliyinin Sularda Xilasetmə Briqadası tərəfindən işlər aparılır.

İlham Məmmədzadə