• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1020
— 19.01.2016 16:05

Atdan yıxılan Göygöl sakini xəsarət aldı

Göygöl sakini atdan yıxılıb. Hadisə bu gün saat 14:00 radələrində Samux rayonunda fermada baş verib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, Göygöl rayonun Şəhriyar kənd sakini 39 yaşlı Hamlet Mirzəyev xəstəxananın travmatologiya şöbəsinə  gətirilib. Həkimlərin müayinəsi zamanı ona sol oturaq sümüyün sınığı diaqnozu qoyulub və vəziyyəti orta ağır olduğu üçün palataya yerləşdirilib.

Hamlet Mirzəyev- zərər çəkən: “Samuxun Burunqovaq kəndində atı minib qoyunun qabağına getdim ki, qaytaram. Atın ayağı quyuya düşdü, aşdı. Yıxıldı belimə, ayağımı qırdı”.

Zabit Vəliyev- həkim: “Şöbəmizə atdan yıxılma və xəsarət alma ilə əlaqədar xəstə müraciət edib. Xəstə Göygöl sakinidir, Samux rayonunda atdan yıxılıb və at üstünə aşıb. Xəstə qəbul olarkən vəziyyəti orta-ağır olub. Müayinələr zamanı sol oturaq sümüyün sınığı diaqnozu qoyulub. Xəstə palataya yerləşdirilib, müayinə və müalicələri davam edir”.

Elnur Vahidoğlu