• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 681
— 15.01.2016 13:20

Tovuzda itkin düşən 21 yaşlı qız tapılıb

Tovuzda 3 gün əvvəl müəmmalı şəkildə itkin düşən Zülfiyyə Bayramova bu gün səhər saatlarında tapılıb. Polis əməkdaşlarının axtarış- əməliyyat tədbirləri nəticəsində Əyyublu kənd sakini 21 yaşlı Zülfiyyə yaşayış olmayan tikilidə aşkarlanaraq ailəsinə təhvil verilib. O, daha sonra təcili tibbi yardım avtomobili ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaxınlarının verdiyi məlumata görə, onun səhhəti normaldır. Hazırda xəstəxanada müalicəsi davam etdirilir. Hadisənin baş vermə səbəbləri araşdırılır.          

saat 10:00-a olan xəbər

Tovuzda 3 gün əvvəl itkin düşən qız tapılıb. Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Əyyublu kənd sakini, 21 yaşlı Zülfiyyə Bayramova tapılaraq bu gün səhər ailəsinə təhvil verilib. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Rahim İbrahimoğlu