• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2181
— 08.01.2016 19:08

Mingəçevir və Abşeronda oğurluq hadisəsi baş verib

Abşeron Rayon Polis İdarəsinin əməliyyatçıları bacısının evindən oğurluq etməkdə şübhəli bilinən qardaşı yaxalayıb. Mingəçevirdə isə üç avtomobil qarət edilib.

Abşeron rayon sakini 25 yaşlı Orxan Cəfərov doğma bacısının şikayəti əsasında saxlanılıb. Polisə müraciət edən zərərçəkən evindən 2000 manat oğurlandığını bildirib. Polislərin kimdən şübhələnirsiniz sualına bacı “qardaşımdan” deyə cavab verib. Saxlanılaraq polis idarəsinə gətirilən Orxan Cəfərov əməlini etiraf edib. Onun sözlərinə görə, həmin pul bacısına deyil, mərhum atasına məxsus olub.

Saxlanılan şəxsin sözlərinə görə bacısı onu ata evinə qeydiyyata salmaqdan da imtina edib. Ata mülkündən məhrum olunan Orxan oğurluğa əl atmaq qərarına gəlib. Faktla əlaqədar Abşeron rayon polis idarəsində başlanan Cinayət işi üzrə araşdırmalar davam edir.

Mingəçevirdə də oğurluq hadisəsi baş verib. Şəhər sakini Xəqani Qurbanova məxsus “VAZ-2106” markalı avtomobilin müəyyən hissələri axşam saatlarında nəməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb. Şəhərdə qeydə alınan digər hadisələr zamanı isə daha iki minik maşının akkumulyatorları naməlum şəxslər tərəfindən qarət edilb. Hər üç faktla bağlı Mingəçevir şəhər polis şöbəsində araşdırmalar aparılır. 

Vəfa Şairova