Bu günə xəbərlərin oxunma sayı: 666
—
28.10.2026 17:43
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsən Türkiyəyə rəsmi səfəri çərçivəsində bu ölkənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb.Görüşdə Azərbaycan-Türkiyə münasibətləri, strateji müttəfiqliyin möhkəmləndirilməsi və Türk dünyasında əməkdaşlıq məsələləri müzakirə olunub.Tərəflər, həmçinin Bişkekdə keçirilən TÜRKPA-nın 15-ci Assambleya Şurasının və plenar iclasının nəticələrini nəzərdən keçiriblər.Görüşdə Azərbaycan və Türkiyənin qarşılıqlı dəstəyinin Türk dünyasının güclənməsi baxımından əhəmiyyəti vurğulanıb.
- Baxış: 77
