Bu günə xəbərlərin oxunma sayı: 666
— 06.05.2026 12:40

İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casirin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycanla Bank arasında uzunmüddətli və səmərəli əməkdaşlıq vurğulanaraq bildirilib ki, müxtəlif sahələr üzrə 20-yə yaxın layihəyə 1,2 milyard dollardan çox vəsait ayrılıb. Tərəflər enerji, o cümlədən yaşıl enerji, kənd təsərrüfatı, infrastruktur və sosial sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. Görüşdə bankın bu ilin iyununda Bakıda keçiriləcək İllik toplantılarına hazırlıq məsələləri də müzakirə olunub. Qonaq həmçinin Ələt Azad İqtisadi Zonası və Qarabağa səfər edəcəyini bildirib.