Bu günə xəbərlərin oxunma sayı: 666
— 04.05.2026 16:09

İlham Əliyev: “Həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər”

Ermənistanın paytaxtı İrəvan şəhərində Avropa Siyasi Birliyi Zirvə toplantısının 8-ci sammitində Prezident İlham Əliyev videobağlantı ilə çıxış edərək bildirib ki, Azərbaycan və Ermənistan artıq müharibədən sonrakı mərhələdədir: “Biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik”. Dövlət başçısı qeyd edib ki, rəsmi Bakı sülh gündəliyinə sadiqdir, artıq tranzit və iqtisadi əlaqələrdə real addımlar atılıb,regionda nəqliyyat əlaqələrinin inkişafı davam edir. "Sülh sahəsində digər nailiyyət bağlantılardır. "Trampın Beynəlxalq Sülh və Rifah Maşrutu" Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta Dəhlizin bir hissəsinə çevriləcək. Həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər. Bu fürsətdən istifadə edərək, mən Ermənistan-Azərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkürümü bildirmək istəyirəm", - dövlət başçısı deyib. İlham Əliyev əlavə edib ki, Azərbaycan 2028-ci ildə sammitə ev sahibliyi edəcək və tərəflər sülhün real nəticələrini görməyə başlayıb.